Ukraynanın müdafiə naziri Rustəm Umerov bütün müavinlərini onların səmərəsizliyi səbəbindən işdən çıxarmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, nazir Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun iki müavinini - Viktor Zaytsevi və İqor Ostapenkonu vəzifədən azad edib.
“Müdafiə naziri Rustəm Umerov öz müavinlərinin demək olar ki, hamısını tutduqları vəzifələrdə səmərəsiz olduqlarına görə işdən çıxarmağı planlaşdırır”, - məlumatda qeyd olunub.
Qeyd olunub ki, Umerovun Budanovu Baş Kəşfiyyat İdarəsinin rəisi vəzifəsindən azad etmək fikri yoxdur.