EN

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı ilə bağlı saziş imzalanıb

Bakı. Trend:

Bu gün SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) BP,MOL, INPEX, “Equinor”, “ExxonMobil”, TPAO, ITOCHU və “ONGC Videsh”şirkətləri ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda“Azəri” və “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsuluhissəsi (AÇG) üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS)yeni bir əlavənin imzalandığını elan edib.

Trend bu barədə bp-yə istinadən xəbər verir.

Məlumata əsasən, bu əlavədə AÇG üzrə HPBS-yə tərəflərə AÇGyatağının sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı,qiymətləndirilməsi, işlənməsi və hasilatı istiqamətində irəliləməkimkanı verən düzəlişlər edilir. AÇG yatağının STQ ehtiyatlarınınxeyli iri həcmlərdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Yeni qaz sazişi Neftçilər Günü və AÇG üzrə HPBS-ninimzalanmasının 30 illiyinə həsr olunmuş tədbirdə təntənə ilə qeydolunub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP-nin hasilatvə əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel, ABƏŞ-inprezidenti Qəri Counz və AÇG-nin tərəfdaş şirkətlərinin yüksəksəviyyəli rəhbərləri iştirak ediblər.

Sənəd 2049-cu ildə AÇG üzrə mövcud HPBS-nin müddətinin sonunadəkqüvvədə olacaq. Növbəti 25 il ərzində STQ ehtiyatlarının kəşfiyyatıvə qiymətləndirilməsindən asılı olaraq AÇG yatağında STQehtiyatlarının işlənməsinə milyardlarla dollar sərmayə qoyulmasıpotensialı var.

AÇG tərəfdaşlarının STQ layihəsində iştirak payları AÇG üzrəmövcud HPBS-də olduğu kimidir: BP (30,37 faiz), SOCAR (25,0 faiz),MOL (9,57 faiz), INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz),“ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz),“ONGC Videsh” (2,31 faiz).

Chosen
1
34
az.trend.az

10Sources