EN

Beynəlxalq axtarışda idi - Almaniyada saxlanıldı » AzadMedia.az


Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.

“Qafqazinfo” xəbər verir ki, bu brədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Allahverdi Məmmədovun dələduzluq, rüşvət verməyə təhrik etmə, rəsmi sənədi saxtalaşdırma və qanunsuz miqrasiya təşkil etməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
23
azadmedia.az

10Sources