EN

Macarıstan və İtaliya Ukraynadakı münaqişə ilə bağlı ortaq mövqe ifadə ediblər

Macarıstanın baş naziri Viktor Orban və İtaliyanın baş nazirinin müavini Matteo Salvini Ukraynada münaqişənin təcili dayandırılması ilə bağlı ümumi mövqe bildiriblər.Elchi.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.“İnfrastruktur naziri ilə Liqanın lideri Matteo Salvini və Macarıstanın Baş naziri Viktor Orban arasında Budapeştdə bir saatdan çox söhbət baş tutub ” , – materialda deyilir.Agentliyin qeyd etdiyi kimi, siyasətçilər əvvəlcə Roma və Budapeşt arasında ikitərəfli münasibətləri, eləcə də Avropa İttifaqında qüvvələr balansı ilə bağlı məsələləri müzakirə ediblər . “Digər şeylər arasında, Salvini və Orban Ukraynadakı münaqişəyə təcili son qoyulması zərurətini bölüşdülər”, – İtaliya baş nazirinin müavininin nümayəndələri bildirib.Bir müddət əvvəl isveçli politoloq Qreq Simons Orbanın Ukraynadakı sülh təşəbbüsünün uğur qazanma şansının az olması barədə fikir bildirib . Onun sözlərinə görə, buna səbəb Avropa Birliyinin ABŞ- dan asılı mövqeyidi.Nuranə Məmmədova 

Chosen
15
16
elchi.az

10Sources