Bu xəbər ictimaiyyətdə narahatlığa səbəb olub. Koronavirusun Azərbaycanda da yenidən yayılması mümkündürmü?
Aktual.az xəbər verir ki, tanınmış ictimai xadim, Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov Globalinfo.az-a açıqlamasında qış aylarında Azərbaycanda COVID-19 virusunun yayıla biləcəyini deyib.
R.Mahmudov xəstəlikdən qorunma ilə bağlı məsləhət verib:
"Koronavirus elə bir xəstəlikdir ki, əgər xarici ölkəyə gedib-gələn varsa, mütləq kimsə yoluxacaq. Beləliklə də virus yayılmış olacaq. Bilirsiniz, insanlar özlərini qorumalıdırlar. Virus Ph 5-dən 7-yə qədər olanda orqanizmdə qalır. 7-dən yuxarı olduqda isə məhv olur.
Tövsiyə edirəm ki, hər kəs axşam yatmazdan əvvəl bir diş sarımsaq yesin. Sarımsağın Ph-ı 12.7 təşkil edir. Bunun qarşısını almağın yolu budur, başqa yol yoxdur”.