EN

Dənizçilərə söz verilir: “Açıq Qapı” günü! - DDLA

Dövlət Dəniz və Liman Agentliyində sentyabrın 25-də saat 10:00-da “Açıq qapı” günü keçiriləcək.

Fins.az xəbər verir ki, məqsəd dənizçilərin sertifikatlaşdırılması, bilik və bacarıqlarının qiymətləndirilməsi sahəsində həyata keçirilən islahatlar barədə dənizçilərin maarifləndirilməsi, onların sual və təkliflərinin yerində dinlənilərək operativ şəkildə cavablandırılmasıdır.

İştirak etmək istəyən dənizçilər müvafiq məlumatları (ad, soyad və əlaqə nömrəsi) ghd@ddla.gov.az e-poçt ünvanına göndərərək qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildirək ki, agentliyin göstərdiyi xidmətlərlə bağlı vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Açıq qapı” günlərinin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Bu barədə qurumun rəsmi veb-saytında və sosial şəbəkə hesablarında məlumat veriləcək.

Zemfira Ms
Fins.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
5
fins.az

6Sources