EN

Gəncədə Dövlət Süverenliyi Günü münasibəti ilə tədbir keçirildi - FOTOLAR

Gəncədə 20 sentyabr - Dövlət Süverenliyi Günü münasibəti ilə tədbir keçirilib  

"Unikal" xəbər verir ki, tədbir Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, Gəncə şəhər Appelyasiya Məhkəməsinin sədri Torğrul Əli, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, partiya fəalları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhər Şəhidlər Xiyabanını ziyarət ediblər. Niyazi Bayramov Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramını ifadə edib. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub.

YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Süverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Niyazi Bayramov çıxış edərək bildirib ki, Qarabağ iqtisadi zonasında 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror əməliyyatları zamanı Azərbaycan düşmənə layiqli cavab verib. Ölkəmizin üçrəngli dövlət bayrağı artıq işğaldan azad edilmiş bütün ərazilərdə dalğalanır. O qeyd edib ki, bu tarixi hadisə  Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezident cənab İlham Əliyevin siyasi rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun gücü ilə həyata keçirilib. Niyazi Bayramov tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibəti ilə təbrik edib.

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Rəşad Məmmədovun anası Rəfiqə Süleymanova  qazanılan qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğu bildirib. Rəfiqə xanım şəhid ailələrinə, müharibə iştkirakçılarına və veteranlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Gəncə Dövlət Universitetinin kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadə çıxışında tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını qeyd edib. Ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıb.

Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatının iştirakçısı, “Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov çıxışında  44 gün davam edən Vətən müharibəsinin Ermənistan silahlı qüvvlərinin darmadağın edilməsi və kapitulyasiyası ilə nəticələndiyini qeyd edib. O, bu müharibənin dünya hərb tarixinə yeni strategiyaların yazılmasında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, 24 saatdan az davam edən antiterror əməlliyyatı Qarabağda olan qanunsuz silahlı qruplaşmaların tərki silah edilməsi və Azərbaycanın suverenliyinin bərpa edilməsi ilə nəticələnib. Bu da Azərbaycan Ordusunun nə qədər peşəkar olduğunu bütün dünyaya nümayiş etdirib.

Bayram Aslanov bir il əvvəl sentyabr ayının 19-20-də 23 saat 43 dəqiqəyə Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı, dəstəklədiyi qondarma separatçı qurumun məqsədyönlü təxribatlarına son qoyulmasının tariximizin şanlı səhifələrindən olduğunu qürurla qeyd edib. Antiterror tədbirlərinin böyük əhəmiyyətə malik olduğunu deyən Bayram Aslanov bildirib ki, bu əməliyyatlarda Azərbaycan Ordusu yüksək peşəkarlığı ilə seçilib və bayrağımız Xankəndidə ucaldılıb.

Tədbirin sonunda Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı əzəmətlə səsləndirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
50
unikal.az

10Sources