Britaniya Milli Statistika İdarəsinin açıqladığı məlumatlara görə, ölkənin dövlət borcu keçən ay 13,7 milyard funt sterlinq artıb.

İndex.az xəbər verir ki, bu artımla İngiltərənin dövlət borcu avqust ayında ÜDM-in 100%-nə çatıb.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artıb.

Beləliklə, dövlət bankları istisna olmaqla xalis dövlət borcu 2024-cü ilin avqust ayına 2,768 trilyon funt sterlinq olub.