EN

Azercell “Neftçilər Günü"nə həsr olunmuş video hazırlayıb

Bakı. Trend:

Bu gün "Əsrin müqaviləsi"ninimzalanmasından 30 il ötür.Müqavilənin imzalandığı tarixhəm də Azərbaycanda neft-qaz sənayesiişçilərinin peşə bayramı – "Neftçilər Günü" kimi qeyd olunur.

Bu əlamətdargün münasibətilə Azercell Azərbaycanın müasir neftsənayesinin əsasını qoyan tarixi “Əsrin müqaviləsi”nin 30-cuildönümünə həsr olunmuş videonu təqdim edir.

Neftçilərimizin fədakarlığını və zəhmətini əks etdirən bu videoölkənin enerji sektorunun formalaşmasında və firavan gələcəyinintəmin edilməsində “qara qızıl”ın xüsusi rolunu vurğulayır.Videohəmçinin “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanıninkişafı üçün açılan yeni imkanlar və dünyanın iri neft şirkətləriilə tərəfdaşlıq münasibətlərindən bəhs edir.

Əzmkarlığı ilə seçilən neft-qaz sənayesi işçilərini peşəbayramları münasibətilə təbrik edirik! Peşəkarlığınız iləAzərbaycanın tərəqqisinə və dünya enerji arenasında nüfuzununartmasına verdiyiniz töhfə əvəzsizdir!

“Neftçilər Günü"nə həsr olunmuş videonu Azercell-in rəsmi“Youtube”hesabından izləmək mümkündür.

Məqalədə:
Chosen
11
15
az.trend.az

10Sources