Avropa İttifaqı Ukraynaya yardımı çərçivəsində ona 35 milyard avro məbləğində kredit ayıracaq.
Valyuta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen X sosial şəbəkəsindəki səhifəsində məlumat verib
"Avropa Komissiyası G7 öhdəlikləri çərçivəsində Ukraynaya 35 milyard avroya qədər kredit verəcək", deyə o yazıb və bunun assosiasiyanın Ukraynanın bərpasına növbəti mühüm töhfəsi olduğunu vurğulayıb.
AK rəhbərinin Kiyevə səfəri zamanı açıqlanan kredit G7 ölkələrinin Aİ-də dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməklə vəsait toplamaq üzrə daha geniş planının bir hissəsidir.
Bir gün əvvəl Avropa Komissiyasının rəhbəri Aİ-nin enerji infrastrukturunun saxlanması üçün Kiyevə 160 milyon avro ayıracağını bildirmişdi.
O qeyd edib ki, onlardan təxminən 100 milyon avro Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən götürülüb.
Hərbi əməliyyat zamanı Avropa İttifaqı Ukraynaya Ukraynanın enerji təhlükəsizliyi üçün təxminən 2 milyard avro yardım ayırıb.
Paşa Məmmədli