Avropa Çinli elektromobil istehsalçılarına yüksək gömrük rüsumları tətbiq edəcəyinə görə, Çin şirkətləri bu vergilərdən yayınmaq üçün müxtəlif yollar axtarır.

İndex.az xəbər verir ki, Çinin eletromobil istehsalçısı “Nio” “Audi”nin Avropadakı zavodunu almaqla vergidən yayınmaq niyyətindədir.

“Audi” şirkətinin Q8 elektromobilini istehsal etdiyi Brüssel fabriki satışların aşağı olması səbəbindən bağlanma təhlükəsi ilə üzləşib.

“Nio”nun bu obyekti ələ keçirmək cəhdi Çindən Avropaya idxal edilən nəqliyyat vasitələrinə əlavə 20,8% verginin yaratdığı maliyyə təzyiqini azaltmaq məqsədi daşıyır.

Məlumatlara görə, “Nio” rəhbərləri bu yaxınlarda radarda olan bu obyektdə olublar.

Şirkətin sentyabrın 23-dək “VW Group” rəhbərlərinə təklif hazırlayıb təqdim edəcəyi iddia edilir.