Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib: “Qərbçilər” və “NATO”çuların apardıqları bütün bu eksperimentlər - xüsusilə, söhbət Cənubi Qafqaz ölkələrindən gedirsə, bu, münaqişənin həllinə yox, kəskinləşməsinə gətirib çıxarır. Odur ki, Qərbdən silah alarkən sual yaranır – bu, nəyə gətirib çıxaracaq? Regiona, həmin ölkəyə sülh gətirəcəkmi? Bəlkə də, daha çox eskalasiyaya səbəb olacaq”. vakansiyalar
Telegram kanalımız