EN

“Ailə, Qadın və Uşaq Problemlərinin Mediada İşıqlandırılması” təlimi uğurla başa çatdı

Ailə Qadın və Uşaq Komitəsinin jurnalistlər və sosial media blogerləri üçün təşkil etdiyi təlim proqramı uğurla yekunlaşdı. 

17-19 sentyabr tarixlərini əhatə edən “Ailə, Qadın və Uşaq Problemlərinin Mediada İşıqlandırılması” adlı təlim proqramının son günündə gender və uşaq məsələləri üzrə ekspert Abil Bayramov gender və uşaq hüquqları ilə bağlı beynəlxalq və milli qanunvericilik, həmçinin məişət zorakılığı və onun qarşısının alınmasında medianın rolu mövzularına toxunaraq, interaktiv, maarifləndirici nümunələrlə iştirakçılara problemin mahiyyətini izah etdi. O, qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prinsipləri, media vasitəsilə gender stereotipləri və məişət zorakılığı halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyət və müsahibə aparılması qaydaları barəsində də məlumat verdi. 

Təlim interaktiv müzakirə və qrup işləri formatında davam etdirildi. 

Təlimin yekununda BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) üzvü, fəlsəfə dokroru Elgün Səfərov çıxış edərək, media nümayəndələrini və sosial media fəallarını gender problemlərinin həlli, zorakılığa qarşı mübarizə, qadın və uşaq hüquqlarının qorunması, Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi istiqamətində görülən işlərdə birgə əməkdaşlığasəslədi.

Sonda jurnalistlərə və sosial media blogerləri nə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olundu. 

Qeyd edək ki, təlim proqramı “2024-2026-cı illər üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kommunikasiya Strategiyası”nın tədbirlər planı çərçivəsində keçirilir. Məqsəd jurnalistlərin, eləcə də blogerlərin ailə, qadın və uşaq problemlərinin mediada düzgün işıqlandırılması istiqamətində bilik və bacarıqlarının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informasiyanın yayımlanmasında həssaslığın artırılmasıdır.

Fidan
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
4
xalqqazeti.az

5Sources