EN

Melkonyan: İranın Zəngəzur dirənişi uzun çəkməyəcək

“Ermənistanla KTMT arasındakı soyuqluq Azərbaycana görədir. İrəvan üçün KTMT-nin Azərbaycanın sərhədi pozmasına siyasi qiymət verməsi vacib idi. KTMT isə bunu etmədi”. Tribunainfo.az xəbər verir ki, bu sözlər politoloq Sergey Melkonyana məxsudur.
O bildirib ki, Ermənistanın tab gətirə bilməməsi və müqavimət göstərməməsi Azərbaycan və Türkiyə üçün çox vacibdir. “Və Rusiyanın hərbi mövcudluğunun Ermənistan üçün təhlükə yaratdığı barədə ilk bəyanat 2020-ci ilin yanvarında verilib. Amma hamımız başa düşürük ki, Rusiyanın mövcudluğu Ermənistan üçün deyil, Türkiyə üçün problemdir”.


Onun sözlərinə görə, Türkiyə və Azərbaycan Ermənistanı düşmən görməsin deyə, rus varlığından qurtulmalıdırlar. “Paşinyanın son mesajı o idi ki, əgər Azərbaycan və Türkiyəyə razıdırsa, biz sizin tələblərinizi yerinə yetirməyə, heç bir dövlətin hərbi iştirakı olmadan neytral dövlət olmağa hazırıq”.
Melkonyan qeyd edib ki, İran Azərbaycan və Türkiyənin Ermənistana hərbi-siyasi təzyiqlərini azaltmaq üçün öz ərazisindən keçən dəhliz təklif edib. “Əsas məqsəd də bu idi ki, yol Zəngəzurdan deyil, İrandan keçsin. Lakin Paşinyanın son açıqlaması, yəni, İranın verdiyi statusla yolun açılmasına razılıq verməsi, Tehranın əl-qolunu bağlayır. Çünki onlar bunun əleyhinədirlər”.
Erməni politoloq hesab edir ki, Rusiya, Qərb və Çin Zəngəzur dəhlizinin açılmasına tərəfdardırlar. “İran, həm Ermənistanın mövqeyi baxımından, həm də bütün tərəflərin yolun açılmasına razı olması fonunda Zəngəzur dəhlizinin açılmaması üçün müqavimət göstərməsi çox çətin olacaq və bu proses uzun çəkməyəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
tribunainfo.az

1Sources