EN

Ermənistan növbəti müharibəyə hazırlaşır- FAKT

Hazırda Azərbaycan höküməti 2025-ci ilin dövlət büdcəsinin ilkin variantını müzakirə edir. Müzakirələr zamanı bəzi maraqlı məqamlar ortaya çıxıb. Onlardan biri də odur ki, Azərbaycan növbəti ildə hərbi xərclərini azaldır. Baxmayaraq ki, qonşu Ermənistan növbəti il üçün nəzərdə tutduğu dövlət büdcəsində hərbi xərcləri kəskin şəkildə artırıb.

Məsələ ilə bağlı fikirlərini News365.az –la bölüşən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Ermənistanın hələ də silahlanmaya üstünlük verməsinə rəğmən Azərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayırmaqda davam edəcək:

“Ermənistanın 30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun qurulmasına isə Azərbaycanın dövlət büdcəsindən gələn il 4.0 milyard manat (2.352 milyard dollar) ayrılacaq.

Bu işğaldan azad olunan ərazilərimizdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiq edir. Bu həmçinin Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin daha da möhkəmlənməsi anlamına gəlir”.

News365.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
3
news365.az

10Sources