EN

1994-cü ildənbu günədək Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir, zəfərlərə yol açır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Müasir, müstəqil Azərbaycan dövlətinin neft strategiyasınınəsası kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 30il ötür. Şübhəsiz 30 ilin Azərbaycanın, o cümlədən ölkəmizin neftsənayesinin inkişafında hansı uğurlarla, mühüm hadisələrlə yaddaqaldığını bir yazı çərçivəsində əhatə etmək mümkün deyil. Bununlabelə keçilən yola qısa nəzər salmaqla “Əsrin müqaviləsi”nindövlətimizə və xalqımıza qazandırdığı dividentlərin aydınmənzərəsini yaratmaq mümkündür. Məlumdur ki, Ulu Öndər HeydərƏliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdışı ölkəmizin qarşısında geniş üfüqlər açdı. Dahi şəxsiyyətHeydər Əliyevin şah əsərlərindən biri məhz Onun böyükuzaqgörənliklə və düşünülmüş siyasəti əsasında dünyanın qabaqcılölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanan neft strategiyasıvə bu strategiyanın əsas tərkib hissəsi olan, Azərbaycana bugünküreallıqları qazandıran, beynəlxalq münasibətlər sistemində əsl sözsahibinə çevirən, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanıdan“Əsrin müqaviləsi”dir. Müqavilə 1994-cü il 20 sentyabr tarixində 7ölkənin 11 ən məşhur neft şirkətinin iştirakı ilə imzalanan buqlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbiisərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və stratejimaraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi,müstəqilliyimizin mühüm təminatçısına çevrildi.

“Əsrin müqaviləsi” çağdaş Azərbaycanın salnaməsinə yeni neftstrategiyasının şanlı səhifəsi kimi yazılıb. “İqtisadiyyatı güclüolan dövlət hər şeyə qadirdir” tezisini irəli sürən Ümummilli LiderHeydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəmverməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndərbildirirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübəmübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail olabilməz. 1994-cü ildə “Əsrin müqaviləsi”ndən öncə Bakıda BeynəlxalqNeft və Qaz Sərgisinin keçirilməsi Azərbaycanın malik olduğuiqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Məhz1994-cü ildən başlayaraq hər il ənənəvi keçirilən Xəzər Neft-QazSərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdimetməyə kömək edir. 1994-cü il yalnız birinci Beynəlxalq XəzərNeft-Qaz Sərgisi ili deyil, həmçinin “Əsrin müqaviləsi”ninimzalanması ili oldu. Bu saziş investisiyaların cəlb edilməsinəimkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavangələcəyini təmin etdi. Başqa sözlə ölkəmizin iqtisadi və siyasiinkişafı məhz “Əsrin müqaviləsi”ndən başladı.

Trend xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin başredaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu saziş yeni-yeni müqavilələrə,Anlaşma memorandumlarına yol açdı. Regional çərçivədə qurulanəməkdaşlığın coğrafiyası genişləndi. Ölkəmizin etibarlı tərəfdaşkimi mövqeyinin möhkəmlənməsinə xidmət edən bu saziş illər keçdikcəAzərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı. “Əsrinmüqaviləsi”nin 20 illiyində, 2014-cü ildə Cənub Qaz Dəhlizinintəməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm hadisənineft-qaz sektorunda görülən işlərin zirvəsi kimi dəyərləndirdi.Cənab Prezident çıxışlarında daim bu reallığı diqqətə çatdırır ki,əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansıvəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparanölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz vəiqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öztaleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız,ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları dabizə “Əsrin kontraktı” yaratdı. 1994-cü ildən bu günə qədər UluÖndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir,zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır.1994-cü ildən bu günədək ölkənin neft-qaz sahəsində həyatakeçirilən tədbirlərin xronologiyasına nəzər salsaq görərik ki, bu,ancaq uğurlar xronologiyasıdır.

Baş redaktor onu da qeyd edib ki, “Əsrin müqaviləsi”nin uğurluicrası 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasınışərtləndirdi. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində Xəzərdənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və“Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsivə neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidəntərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu sazişinimzalanması ilə “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağınınişlənilməsində yeni dövr başladı. Onun icra müddəti 2050-ci iləqədər uzadıldı. Prezident İlham Əliyev yeni imzalanan kontraktınAzərbaycan üçün daha da əlverişli olduğunu belə əsaslandırdı ki,müqavilə imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın “AzAÇG”şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. SOCAR-ınpayı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaqmənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsasşərtlərdir. Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızıngenişləndirilməsi üçün kontraktın çox böyük əhəmiyyətə malik olduğudiqqətə çatdırıldı. 2017-ci il “Yeni əsrin müqaviləsi”ninimzalanması ilə yanaşı, ölkəmiz üçün 2 milyardıncı ton neftin hasiledilməsi ilə də əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti1971-ci ildə çıxarılmışdı. Bu reallığı da xüsusi qeyd etməliyik ki,1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyev neft sənayesinininkişafı üçün çox mühüm addımlar atmışdır. O illərdə nefthasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllərzavodunun məhz Azərbaycanda tikilməsi və digər önəmli hadisələrAzərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirdi. Həmindövrdə yaradılmış potensial, xüsusilə Bakı Dərin Özüllər Zavodununfəaliyyəti bu gün bizim neft potensialımızı gücləndirir.

Vüqar Rəhimzadə neft strategiyasının uğuru icrasında AzərbaycanRespublikası Dövlət Neft Şirkətinin (SOCAR) rolunu xüsusi qeydedib. Bildirib ki, SOCAR bu gün dünya standartlarına cavab verən,lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda daböyük investisiya layihələri həyata keçirən müasir bir Şirkətdir.Hazırda Azərbaycandan dünyanın onlarla ölkəsinə neft və neftməhsulları, 10 ölkəyə təbii qaz ixrac edilir. Bu fikir beynəlxalqsəviyyədə də xüsusi qeyd edilir ki, SOCAR-ı yalnız uğurlar müşayiətedir. Dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirən Şirkətqarşıya qoyulan hədəflərə nail olmaq, həmçinin gündəmə gətirilənlayihələrin icrası üçün kadr hazırlığına da xüsusi diqqət yönəldir.Kompleks tədbirlər ölkənin dayanıqlı inkişafında SOCAR-ıntöhfələrinin artmasında əhəmiyyətli rol oynayır. ÇıxışlarındaBP-SOCAR əməkdaşlığının bu gün bir çox ölkələr üçün nümunə olduğunubildirən dövlət başçısı İlham Əliyev bildirir ki, “Əsrinkontraktı”, “Şahdəniz” yatağı üzrə imzalanmış və icra edilənkontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalqşirkətə çevirib. Dövlətimizin başçısı tərəfindən bu məqsəd qarşıyaqoyulmuşdu ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir.Bunun üçün SOCAR-ın fəaliyyəti genişləndirildi. Bu gün həm ölkədaxilində, həm xaricdə SOCAR-ın çox böyük fəaliyyəti var.Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir.

Baş redaktor bildirib ki, son 21 ilə yaxın dövrdə Azərbaycanyalnız enerji deyil, qeyri-neft sektorunda da qazandığı uğurlarladiqqətdədir. Bu da “Əsrin müqaviləsi”nin uğurlu nəticələrindəndir.Dövlətimizin başçısı İlham Əliyevin “Neft kapitalını insankaritalına çevirək!” tezisi artıq reallığa çevrilib. İqtisadiyyatınşaxələndirilməsi siyasətinin həyata keçirilməsi neft gəlirlərindənsəmərəli istifadəyə əsaslanır. Onu da qeyd edək ki, Ümummilli LiderHeydər Əliyev “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özüdə təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur”çağırışını etməklə yanaşı, böyük uzaqgörənliklə bugünümüzə vəgələcəyimizə xidmət edən bu mühüm addımı da atmışdır. Ulu ÖndərHeydər Əliyevin Fərmanı əsasında 1999-cu ildə AzərbaycanRespublikasının Dövlət Neft Fondu yaradılmışdır. Bu Fond neftgəlirlərindən səmərəli istifadəni təmin etməklə toplanan vəsaitiAzərbaycanın hərtərəfli inkişafına xidmət edən mühümsosial-iqtisadi layihələrin uğurlu icrasına yönəldir. HazırdaDövlət Neft Fondunun vəsaitlərinin həcmi 58 milyard dollardanartıqdır. Fond şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimidəyərləndirilir. Bu vəsaitlərin yönəldildiyi istiqamətlərə diqqətyetirməklə ölkəmizin inkişafı barədə aydın təsəvvürə malik olmaqolar.

Vüqar Rəhimzadə qeyd edib ki, hər dövrün öz çağırışları vardır.Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün , eyni zamanda,qaz və elektrik enerjisi ixracatçısıdır. Ölkəmiz hazırdabərpaolunan enerji potensialı ilə dünyanın diqqətindədir. Busahədəyə investisiya qoyuluşu günümüzün əsas çağırışlarısırasındadır. Azərbaycan enerji diplomatiyasının qısa təhlili beləbir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan nəinki ənənəvi, ocümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir.Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 bütün buməqamlara, Azərbaycanın beynəlxalq nüfuzuna və malik olduğuimkanlara işıq salacaq.

Baş redaktor onu da əlavə edib ki, “Əsrin müqaviləsi”Azərbaycana yalnız iqtisadi deyil, həm də siyasi dividend gətirdi.Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmləndi.Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatındaartan rolu bunun bariz nümunəsidir. Ən əsası ölkəmizin iştirakçısıvə təşəbbüsçüsü olduğu enerji layihələri bu roluna mütəmadi olaraqyeni əlavələr edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır vəonlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən AvropaKomissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı və etibarlıtərəfdaş adlandırır. Azərbaycanın Avropa İttifaqının 10 üzvü iləstrateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb.Azərbaycanın dünyadakı rolu artır və bunun təməlində Ulu ÖndərHeydər Əliyevin dahiyanə uzaqgörənliyi ilə işləyib hazırladığı neftstrategiyası dayanır.

Vüqar Rəhimzadə bildirib ki, bu gün hər bir sahədə “Əsrinmüqaviləsi”nin uğurlarını görmək mümkündür. Azərbaycanda iqtisaditərəqqi bütün inkişafın əsasıdır. Ölkəmizdə iqtisadi inkişaf, eynizamanda, güclü sosial siyasətlə tamamlanır. Hər zaman bu reallıqönə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslaronlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesigedir. Amma Azərbaycanın neft strategiyasını dünyanın qabaqcılölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu problemiyaşamamasını təmin edir. Neft gəlirlərinin ədalət prinsipi əsasındabölgüsü, eyni zamanda, düzgün istiqamətləndirilməsi əhalinin sosialmüdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanhazırda sosial dövlət kimi dünyanın diqqətindədir. Bu gün “Əsrinmüqaviləsi”nin nəticələrini işğaldan azad edilmiş ərazilərimizdəaparılan genişmiqyaslı bərpa-quruculuq işlərində görürük.Azərbaycan iqtisadi imkanlarına söykənərək dünya hərb tarixindəilkə imza atdı. Belə ki, müharibədən dərhal sonra bərpa işlərinəbaşlamaqla nəhəng iqtisadi və maliyyə imkanlarını nümayiş etdirdi.Düzgün qurulan siyasət davamlı uğurların əsasıdır. Azərbaycanıniqtisadiyyatını düzgün əsaslar üzərində qurması bütün iqtisadiçətinliklərin öhdəsindən gəlməsinə geniş imkanlar açır.

Baş redaktor “Əsrin müqaviləsi”nin imzalandığı tarixin, 20sentyabrın Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günükimi təsis olunduğunu önə çəkərək bu sahədə çalışanları bayrammünasibətilə təbrik edib, onlara neft strategiyasının icrasındauğurlar diləyib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin qeydetdiyi kimi, neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiqinsanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əslqəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli,təhlükəli peşədir. Neftçilərin ölkəmizin uğurlu inkişafında çoxböyük rolu vardır. Prezident İlham Əliyev bu əminliyi də ifadə edirki, bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru iləbağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondangetmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədərinkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə edilən gəlirlərinyerini tuta bilməyəcək. Eyni zamanda, yeni layihələrin icrasıbundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək. Heçdə təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev həyatının 9ilinin Dövlət Neft Şirkətində keçməsi ilə fəxr etdiyinibildirir.

Chosen
2
11
az.trend.az

10Sources