Qarabağ Universitetinin və tələbə yataqxanasının açılışı oldu
Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib. Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Prezident, həmçinin burada Qarabağ Universitetinin də təmirdən sonra açılışında iştirak edib.