EN

Krımın BMT mandatına verilməsini təklif etdi

Polşa Xarici İşlər Nazirliyi “ədalətli” referendum naminə Krımın BMT mandatına verilməsini təklif edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  nazir Radoslav Sikorski bu barədə YES-2024 Yalta Avropa Strategiyası konfransında danışıb. 

"Krım Rusiya və xüsusilə Putin üçün simvolik əhəmiyyət kəsb edir, lakin Ukrayna üçün strateji əhəmiyyətə sahibdir. Ona görə də Krımın demilitarizasiyası olmadan necə razılığa gələ biləcəklərini görmürəm. Biz ədalətli referendum hazırlamaq missiyası ilə bunu BMT mandatına verilməsini təklif edirik", - diplomat qeyd edib. 

Sikorskinin sözlərinə görə, referendum 20 il təxirə salına bilər.

Bundan əvvəl Ali Radanın Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Yeqor Çernev bildirmişdi ki, Qərb Kiyevin dövləti 1991-ci il sərhədlərinə qaytarmaq istəyinə görə Ukraynaya “təzyiqlər edir”.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
50
unikal.az

10Sources