EN

Dollar ucuzlaşa bilər: Vacib qərar açıqlandı

Federal Ehtiyat Sistemi (FED) 2024-cü ildə real ÜDM artımı ilə bağlı proqnozunu iyunda gözlənilən 2,1 %-dən 2 %-ə endirib.
 
Bu barədə FED məlumat yayıb.
 
2025-2027-ci illər üçün ölkədə iqtisadi artım proqnozları 2% səviyyəsində saxlanılıb.
 
ABŞ-də inflyasiya proqnozu müsbətə doğru yenidən nəzərdən keçirilib - 2024-cü ildə 2,6 %-dən 2,3 %-ə, 2025-ci ildə 2,3 %-dən 2,1 %-ə endirilib. 2026-2027-ci illərdə rəqəmin 2 % səviyyəsində olacağı gözlənilir.
 
İşsizlik proqnozu, əksinə, 2024-cü ildə 4,0 %-dən 4,4 %-ə, 2025-ci ildə 4,2 %-dən 4,4 %-ə, 2026-cı ildə 4,1 %-dən 4,3 %-ə qədər artırılıb. 2027-ci ildə 4,2 % səviyyəsində proqnozlaşdırılır.
 
FED-in 2024-cü ildə baza dərəcəsini 4,25-4,5%-ə endirəcəyi proqnozlaşdırılır.
Chosen
15
2
moderator.az

10Sources