EN

Bu sahədə peşəkar kadrlara ciddi ehtiyac var... Ekspertdən AÇIQLAMA....

Dövlət Statistika Komitəsindən verilən məlumata görə bu ilin yanvar-iyun aylarında Azərbaycanda 6 milyard 19 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Məlum olduğu kimi artıq işğaldan azad edilmiş müəyyən ərazilərimizdə aqrar məhsullar əkilməkdədir. Ölkəmizin bu qədər geniş təbii resurslara malik olmasına baxmayaraq kənd təsrrüfatının inkişafına maneə olan başlıca səbəblər nələrdir? Azərbaycanın aqrar sahədə gələcəkdə hansı perspektivləri ola bilər?


Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Referans.az" target="_blank">Referans.az -a açıqlama verib. Ekspert bildirib ki, həqiqətən də son vaxtlar Azərbaycanın kənd təsərrüfatı sahəsində son vaxtlar dinamika çox aşağı düşüb. Əlbəttə ki, müəyyən dərəcədə su resurslarında problemlər olsa da ümumilikdə kənd təsərrüfatının inkişafı üçün  ölkəmizdə olduqca yaxşı təbii imkanlar var.  Onu da bildirmək istəyirəm ki, 65 milyard kub metr su ehtiyatımız var. Bu ilin yanvar və iyul ayları arasında Azərbaycanın idxal etdiyi yeyinti məhsullarının həcmində 9 faiz artım müşahidə olunub. Bu gün aqrar sahədə olan əsas problem məhsulun satışındadır. 




Mütəxəssis onu da vurğulayıb ki, paralel olaraq dünyada taxıl, tərəvəz, kartof istehsalında xüsusilə ciddi artım var. Lakin ölkəmizdə  kənd təsərrüfatı məhsullarına tələbat olduğu halda çatışmazlıqlar mövcuddur. Əlbəttə ki, işğaldan azad olunan ərazilərimizin də aqrar sahə üçün unikal imkanları var. Bunu da mütləq nəzərə almaq lazımdır. Həmin ərazilərdə də intensiv şəkildə kənd təsərrüfatına başlanılmalıdır. O yerlərin potensial resursları kifayət qədərdir. 


Vahid  Məhərrəmov ölkəmizdəki kənd təsərrüfatı ilə bağlı problemlərdən danışarkən bu sahədə yetərincə ixtisaslaşmış peşəkar kadrların çox az olduğunu da diqqətə çatdırıb. O həmçinin bildirib ki, sözügedən sahənin peşəkar mütəxəssisləri olmadan hətta bütün istehsal vasitələri olduğu  halda heç bir məhsuldarlıq və uğur  əldə etmək mümkün deyil.  Biz köhnə üsullarla  əkinçiliklə məşğul olub əhalinin artan tələbatını ödəyə bilməyəcəyik. Çünki bu sahə yeni yanaşma tələb edir. Torpaqların bir  çox hissəsi kəndlilərə pay edilsə də bu çıxış yolu deyil. Problem ondadır ki, həmin torpaq sahiblərinin böyük əksəriyyəti o torpaqlardan necə istifadə edilməsindən xəbərsizdir. Ümumiyyətlə məhsuldarlığın hansı yollarla artırılmasından da məlumatsızdırlar.


Mütləq şəkildə aqrar siyasəti həyata keçirən şəxslər ixtisaslaşmış adamlar olmalıdır. Yəni aqranomlar, baytar həkimlər, zootexniklər və digər bu kimi sahələrin mütəxəssisləri bu istiqamətdə fəaliyyət göstərməlidirlər. Problemlərdən biri də odur ki, ölkəmizdə aqrar siyasəti həyata keçirən şəxslər adətən hüquqşünaslar və ümumilikdə qeyri-ixtisas sahibləridir.  Misal üçün Milli Məclisin Aqrar Siyasət Komitəsi var. Və uzun illərdir ki, bu komitə fəaliyyətdədir. Lakin həmin komitənin üzvlərinin içərisində heç birinin aqrar sahədə təhsili yoxdur.


Ekspert qeyd edib ki, peşəkar kadrların çox olması həm keyfiyyətə həm də uğurlu nəticələrə yol aça bilər. Misal üçün əkin sahələrindən fasilələr olmadan hər il təkrar-təkrar istifadə halları torpaqların deqradasiyasına səbəb olur. Torpaq da deqredasiyaya uğradıqda məhsuldarlığın keyfiyyəti aşağı düşür. Həm də  nə qədər ki, ölkəmizdə aqrar məhsulların istehsalı olmayacaq o qədər də  bu sahədə bahalığın şahidi olacağıq. Torpaq sahibi olan kəndilərin kənd təsərrüfatı işində mütləq peşəkar kadrların qatqısı olmalıdır.  Məlumdur ki, dünyada hazırda qlobal istiləşmə davam edir. Bundan başqa müxtləif obyektiv və subyektiv səbəblərdən arqar problemlər qalmaqdadır. Lakin qeyd etdiyim kimi bu istiqamətdə əsaslı inkişafa nail  olmaq üçün aqrar siyasət üzrə səhaliyyətli şəxslər konkret olaraq bu sahə üzrə müasir biliklərə malik peşəkar mütəxəssislər olmalıdır.


Bünyamin Bünyadzadə

Referans.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
referans.az

1Sources