EN

Ermənistan hərbi ehtiyaclarının 30 faizini daxili istehsal hesabına təmin etmək istəyir

Ermənistan hərbi-texniki tələbatının 30 faizini yerli istehsal hesabına təmin etməyi qarşısına məqsəd qoyub."Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan II Ümumdünya Erməni Sammitində deyib.O bildirib ki, 2020-ci illə müqayisədə Ermənistanın hərbi-sənaye kompleksi məhsullarının sifariş həcmi 100 dəfə artıb.“Əgər əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığımız 96 faizdən çox idisə, indi bu rəqəm 10 faizdən də azdır. Bu gün bizim hərbi-texniki əməkdaşlıq sahəsində bir neçə mühüm tərəfdaşımız var, Hindistan və Fransa da onların arasında yer alır”, - A.Qriqoryan qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
dia-az.info

1Sources