EN

AMB-dən bankların struktur bölmələrinin rəhbərləri ilə bağlı yeni qayda

Azərbaycanda bankların struktur bölməsinin rəhbəri də banka aidiyyəti olan şəxslər hesab edilədək.

Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov  “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”da dəyişiklə bağlı qərar qəbul edib.

Buna qədər isə banka aidiyyəti olan şəxslər müşahidə şurasının və idarə ehyətinin üzvləri, habelə bankın nizamnamə kapitalında iştirak payından asılı olmayaraq müqavilə əsasında bankın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan hər hansı şəxs, bankın Audit Komitəsinin üzvləri, daxili audit bölməsinin əməkdaşları, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları, bankın baş mühasibi (bu vəzifələri icra edən şəxs), M.Ş. və İ.H.-nin qohumluq əlaqələri olan şəxslər, banka aidiyyəti şəxs adından hərəkət etməyə hüququ olan şəxslər, bankda ən azı 20 faiz payla iştirak etdiyi hüquqi şəxslər, bazar şərtlərindən əhəmiyyətli dərəcədə fərqlənən və açıq-aşkar iqtisadi əsasları olmayan əməliyyatların aparıldığı şəxslər hesab edilirdi.

Xarici bankın yerli filialının rəhbəri və baş mühasibi (bu vəzifələri icra edən şəxs), habelə xarici bankın rezidenti olduğu ölkənin qanunvericiliyinə görə xarici banka aidiyyəti olan digər şəxslər xarici bankın yerli filialının aidiyyəti şəxsləri hesab olunurlardular.


Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2024-cü il 31 yanvar tarixli 06/6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nda dəyişikliklər

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2024-cü il 31 yanvar tarixli 06/6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. aşağıdakı məzmunda 1.4-cü bənd əlavə edilsin:

“1.4. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 53-3.2.2-ci maddəsinə uyğun olaraq aidiyyəti şəxslərin müəyyən edilməsi ilə bağlı Mərkəzi Bank əsaslandırılmış mülahizə hüququndan istifadə edə bilər.”;

  1. 2.1.1-ci yarımbəndə “göstərilən şəxslər,” sözlərindən sonra “o cümlədən bankın struktur bölməsinin rəhbəri,” sözləri əlavə edilsin;
  2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

“2.2-1. Bu Qaydanın məqsədləri üçün bankın struktur bölməsi dedikdə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda anlayışı verilmiş bankın filialı, şöbəsi və nümayəndəliyi, qərarların qəbul edilməsində iştirak edən bankın digər əməkdaşları dedikdə isə Mərkəzi Bankın İdarə Heyətinin 2023-cü il 28 avqust tarixli 41/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Banklarda korporativ idarəetmə Standartları”nın 2.1.15.1-ci və 2.1.15.2-ci yarımbəndlərində qeyd edilmiş xüsusi kateqoriyaya aid olan işçilər nəzərdə tutulur.”;

  1. 2.3-cü bəndin ikinci cümləsinə “kredit tələbi” sözlərindən sonra “, bank aksepti” sözləri əlavə edilsin;
  2. aşağıdakı məzmunda 2.5-2.7-ci bəndlər əlavə edilsin:

“2.5. Aidiyyəti şəxs bankın borcalanının öhdəliyi üzrə birgə və ya subsidiar məsuliyyət daşıdıqda və ya bankın borcalanının öhdəliyi üzrə aidiyyəti şəxsə aid aktiv təminat qismində çıxış etdikdə, həmin öhdəlik (aidiyyəti şəxsin birgə və ya subsidiar məsuliyyət daşıdığı hissə və ya aidiyyəti şəxsə aid aktivlə təmin edilən hissə) bu Qaydanın məqsədləri üçün aidiyyəti şəxsə qarşı kredit tələbi hesab edilir.

2.6. Bu Qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditinə (bank tərəfindən ipoteka krediti üzrə tələb hüququnun geri alınması halları istisna olmaqla) şamil edilmir.

2.7. Bu Qayda nəzarət zərfi dövlətə məxsus bankların nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə (bankda mühüm iştirak payına malik hüquqi şəxslərə qarşı tələblər və onlarla əməliyyatlar istisna olmaqla) olan tələblərinə və onlarla olan əməliyyatlarına şamil edilmir.”;

  1. 3.1-ci bəndin ikinci cümləsində “12 (on iki) ay” sözləri “30 (otuz) gün” sözləri ilə, “oxşar xüsusiyyətli” sözləri “eyni növ və valyutada olan” sözləri ilə əvəz edilsin və həmin cümləyə “şərtlərin” sözündən sonra “(müddət, faiz və s.)” sözləri əlavə edilsin;
  2. 3.4-cü bəndin ikinci cümləsindən “yalnız” və “birinci qrup” sözləri çıxarılsın;
  3. 3.4.2-ci yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4.3-cü yarımbənd əlavə edilsin:

“3.4.3. kreditin təminatı qismində ikinci, üçüncü və dördüncü qrup təminatlar çıxış etdikdə, həmin təminatların bazar dəyəri (qarantiyaya (zəmanətə) münasibətdə nominal dəyəri) kredit tələbinin 200 (iki yüz) faizindən az olmamalıdır.”;

  1. aşağıdakı məzmunda 3.6-cı və 3.7-ci bəndlər əlavə edilsin:

“3.6. Aşağıdakı kredit tələbləri bu Qaydanın 3.3-cü bəndində müəyyən edilmiş normativlərin hesablanması zamanı nəzərə alınmır (hesablamaya daxil edilmir):

3.6.1. kreditin təminatı qismində kreditlə eyni valyutada olan pul vəsaitləri çıxış etdikdə kredit tələbinin qeyd-şərtsiz təmin olunmuş hissəsi;

3.6.2. müxbir hesab qalıqları (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar, habelə beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s) tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar olduqda);

3.6.3. banklararası bir günlük əməliyyatlar üzrə tələblər (overnayt / intradey).

3.7. Balansdankənar öhdəliklərin aşağıdakı hissəsi bu Qaydanın 3.3-cü bəndində müəyyən edilmiş normativlərin hesablanmasında nəzərə alınır (hesablamaya daxil edilir):

3.7.1. müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam yerinə yetirməmək hüququ verən öhdəliklərin 10 (on) faizi;

3.7.2. müddəti bir ilədək olan balansdankənar öhdəliklərin 20 (iyirmi) faizi;

3.7.3. müddəti bir ildən çox olan balansdankənar öhdəliklərin 50 (əlli) faizi;

3.7.4. kredit xətləri, bank aksepti və qiymətli kağızların alınması və satılması üzrə öhdəliklər tam həcmdə.”;

  1. 4.2-ci bənddə “şərtlər və limitlər” sözləri “şərt və limit” sözləri ilə əvəz edilsin.
  2. 4.2.1-ci yarımbənd ləğv edilsin;
  3. 4.2.2-ci yarımbəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Bu limit daxilində İdarə Heyətinin qərarı ilə bir aidiyyəti şəxsə qarşı yaranan kredit tələblərinin məcmu miqdarı bankın Müşahidə Şurası tərəfindən müəyyən edilə bilər.”.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
8
44
banker.az

10Sources