EN

Qəzzada ölənlərin sayı i 41 min 272-yə yüksəlib

 

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 41 min 272-yə yüksəlib. Missiya.Az xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilib ki, son 24 saat ərzində həyata keçirilən hücumlarda 20 fələstinli həyatını itirib, 54 fələstinli isə yaralanıb.İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralıların sayının isə 95 min 551-ə yüksəlib.Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.Leyla SƏMƏNDƏRMissiya.Az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
2
missiya.az

10Sources