EN

"Roma" De Rossi ilə yollarını ayırdı

İtaliyalı mütəxəssis Daniele De Rossi "Roma"nın baş məşqçi postunu tərk edib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Roma" Daniele De Rossini əsas komandanın baş məşqçisi vəzifəsindən azad etdiyini açıqlayıb. Klub bu qərarı komandanın maraqlarına uyğun olaraq, mövsümün hələ başlanğıcında olduğu bir vaxtda istədiyi yolu tez bir zamanda davam etdirə bilməsi üçün verdiyini açıqlayıb.
 
Qeyd edək ki, "Roma" 2024/2025 mövsümü üçün İtaliya çempionatının turnir cədvəlində 16-cı yerdədir. Komanda dörd görüşdə üç xal toplayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
1
sport24.az

10Sources