EN

"Bakı Sığorta" yeni müqavilələrin bağlanmasını - DAYANDIRDI

“Bakı Sığorta” şirkəti müştərilərlə yeni müqavilələrin bağlanması prosesini dayandırıb.Bu barədə FED.az-a şirkətdən bildirilib. Qeyd olunub ki, artıq bir neçə müddətdir ki, “Bakı Sığorta” şirkəti müştərilərlə həm icbari, həm də könüllü sığorta növləri üzrə yeni sığorta müqavilələri bağlamır. Şirkət müqavilələrin nə səbədən dayandırıldığı barədə məlumat verməyib. Qeyd edək ki, bir müddət əvvəl şirkətin İdarə Heyətinin sədri Ramin Məmmədov tutduğu vəzifədən azad edilib. R.Məmmədov "Bakı Sığorta"da 2012-ci ildən çalışıb, şirkətin Maliyyə departamentinin direktoru, İH-nin üzvü, 2013-cü ildən sədr müavini, 2016-cı ilin may ayından sədri olub.Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8,925 milyon manatdır. Şirkətin səhmdarları "Bank Respublika" ASC (79,42 %), Murad Rəhimov (6,97 %), Behbud Nəcəfov (6,93 %) və “Ekolizinq” MMC-dir (6,68 %).

Chosen
10
1
dia-az.info

2Sources