EN

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə işıq olmayacaq

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sabah Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti məlumat yayıb.
Bildirilib ki, saat 18:00-dan 19:00-a qədər 110/10 kilovoltluq "Koroğlu" yarımstansiyasından qidalanan 10 kilovoltluq elektrik verilişi xəttində təmir işləri aparılacaq.
Qeyd edilib ki, təmir işləri ilə əlaqədar Nəsirəddin Tusi küçəsində, Saat Meydanı Turistik İstirahət Mərkəzi, "Grand" Hotel, Maliyyə Nazirliyi, Naxçıvan Şəhər Polis İdarəsi, Qaz İstismar İdarəsi və Fövqəladə Hallar Nazirliyinin inzibati binalarında elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
2
oxu.az

10Sources