EN

Milli Kitabxanada “Əmir Pəhləvan - 65” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvan (Hacılı Əmir Pəhlivan oğlu) 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Mahmudoba kəndində anadan olub.Əmir Pəhləvan jurnalist kimi fəaliyyətə başlayıb və bir neçə mətbu orqanlarında işləyib.İxtisas etibarilə jurnalist olan Əmir Pəhləvan özünü həm kinossenarist və kinorejissor kimi təsdiq edib. "Step LTD" kinoşirkəti tərəfindən onun müəllifliyi və rejissorluğu ilə çəkilmiş "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmləri xatırlamaq kifayətdir. Sənədli filmlər silsiləsindən "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz - uyğurlar", "Kurqanlar", "Hunqariya" sənədli filmləri adlarından da göründüyü kimi, tariximizin maraqlı səhifələrini canlandırır.Geniş oxucu arenasında yayılan - "O Ay bir də doğmayacaq", "Qalxın, Cavid gəlir!", "Əkilən başlardı, torpaq əkilmir", "Turan türküləri", "Səfir", "Təbrizim, türk izim!", "Kəngərlər", "Türklüyün yol xəritəsi", "Yaşamağı bacarmaq lazımdır", "Azərbaycan şərqiləri", "Vətən dahiləri" ( l - ll hissə ) kitablarının müəllifidir. "İnsan və İblis" pyesi isə Bakı Bələdiyyə Teatrında (1999), "İstədiyim yar idi..." librettosu da Musiqili Komediya Teatrında (2009) səhnələşdirilib və maraqla qarşılanıb. Yazıçının kitabları tək ölkəmizdə deyil, Türkiyə, Avropa və Amerikada da çap olunub. Əmir Pəhləvan Qırğızıstan, Qazaxıstan və Quzey Kıbrız Türk Cümhuriyyətlərinin Dövlət mükafatları laureatıdır. Qırğızıstan Respublikasının "Manas" mükafatçısıdır. Həmçinin o, "Humanatarian aword" - Amerika, "Qran Pri" - Almaniya, "Nant" medalı - Fransa, "Üç qitə" medalı - Fransa, "Qızıl lent" - Azərbaycan, "Dünya səfiri" - Amerika-Yaponiya, "World Literature Today" jurnalının mükafatı - Amerika və başqa mükafatların sahibidir.Milli Kitabxanada yazıçı-dramaturq, kinorejissor Əmir Pəhləvanın yubileyi ilə əlaqədar "Əmir Pəhləvan - 65" adlı kitab sərgisi  istifadəçilərə təqdim olunub.Sərgidə müəllifi olduğu əsərlər, ön söz yazdığı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.Sərgi 1 fəftə davam edəcək.Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
faktinfo.az

2Sources