EN

Rusiyada saxlanılan tanınmış vəkil Elman Paşayevin nədə ittiham edildiyi məlum oldu

Rusiyada saxlanılan azərbaycanlı hüquqşünas Elman Paşayevin nədə ittiham edildiyi məlum olub.

KONKRET.az Rusiya KİV-ə istinadən xəbər verir ki, keçmiş vəkil 46 milyon rubl (500 min ABŞ dolları) mənimsəməkdə və dələduzluqda ittiham olunur.

Bildirilib ki, Elman Paşayev vergidən yayınma işi üzrə bloger Yelena Blinovskaya və onun həyat yoldaşı Aleksey Blinovskayanı cinayət məsuliyyətindən azad etmək adı ilə adı qeyd olunan şəxslərdən 46 milyon rubldan çox pul alıb.

Qeyd edək ki, bu gün Rusiyanın Hərbi İstintaq Komitəsi Paşayevin saxlanılması barədə məlumat yayıb.(apa)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
2
konkret.az

10Sources