EN

Sabah 28 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.Lakin səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağıehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzolunacaq.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 16-20dərəcə, gündüz 23-26 dərəcə olacaq. Atmosfer təzyiqi normadanyüksək 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz45-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, doludüşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə vəsəhər bəzi dağlıq və dağətəyi rayonlarda duman olacaq. Mülayim şərqküləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19°, gündüz 23-28°, dağlarda gecə5-9°, gündüz 11-16° olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
11
az.trend.az

9Sources