EN

Almaniya Ukraynaya əlavə 100 milyon avro ayıracaq

Almaniya hökuməti qarşıdakı qış aylarında Ukraynaya dəstək üçün 100 milyon avro əlavə yardım göstərəcək.

İqtisadiyyat.az DPA agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Moldovaya səfəri zamanı açıqlayıb.

O bildirib ki, Ukraynaya yardım həm Moldovaya, həm də bütövlükdə Avropa demokratiyasına dəstəkdir.

Almaniya Nazirlər Kabinetinin məlumatına görə, Berlin 2022-ci ilin fevralından etibarən Kiyevə təxminən 35 milyard avro məbləğində yardım edib. Buraya humanitar yardım, birbaşa maliyyə dəstəyi və silah tədarükü daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
49
iqtisadiyyat.az

10Sources