EN

Cəbrayılda 160 minə həyət evi tikilir

Cəbrayıl rayonunun Şükürbəyli kəndində fərdi yaşayış evlərinin tikintisinə 8 milyon manata yaxın vəsait xərclənəcək. 

Yenisabah.az xəbər verir ki, "APA-Economics"in məlumatına görə, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı tender keçirib. Tenderin qalibi “Ağa-EE İnşaat” MMC olub. 

Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə şirkətlə 7 milyon 664 min 194 manat dəyərində müqavilə imzalanıb.  vakansiyalar

Başqa sözlə, bir fərdi yaşayış evinin tikinti xərci orta hesabla 159,6 min manat təşkil edir. 

Qeyd edək ki, “AĞA-EE İNŞAAT” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, şirkətin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı, nizamnamə kapitalı isə 10 manatdır. 

Yenisabah.az bildirir ki, bu xəbər müzakirəsiz ötüşməyib. Bəzi sosial şəbəkə istifadəçiləri Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tenderdə xərclərin şişirdilməsinə yol verildiyini düşünürlər. Onların fikrincə, işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl kimi hamar relyefə malik olan rayonda 159,6 min manata deyil, daha ucuz qiymətə həyət evlərinin inşası mümkündür. 

Nazim HACIYEV 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
8
yenisabah.az

9Sources