EN

Azərbaycan Dünya Bankı ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan və Dünya Bankı arasında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tərəfdaşlıq müzakirə edilib.
Oxu.Az xəbər verir ki, xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazir Mikayıl Cabbarov Bankın Avropa və Mərkəzi Asiya üçün dayanıqlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüş keçirib. Görüşdə Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Birgə layihələrin ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafı, infrastruktur, bərk məişət tullantılarının idarə edilməsi, kənd təsərrüfatı və digər sahələrə töhfə verdiyi vurğulanıb. Bankla potensial əməkdaşlıq sahələri, növbəti illər üzrə prioritet layihələr, ölkəmizdə həyata keçirilən bərpa olunan enerji layihələri, məşğulluğa dəstək istiqamətində atılan addımlar, eləcə də dövlətə məxsus müəssisələrin dəstəklənməsi istiqamətində Bankın apardığı araşdırmalar barədə məlumat verilib, COP29 çərçivəsində tərəfdaşlıq imkanları müzakirə edilib.
Tərəflər "Yaşıl və dayanıqlı şəhərlər" layihəsi çərçivəsində birgə fəaliyyət, Bakının su təchizatı və kanalizasiya sistemlərinin bərpası, kənd təsərrüfatı və irriqasiya sistemlərində smart həllər, həmçinin 2025-2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Çərçivə sənədi barədə fikir mübadiləsi aparıblar. Sənəd Milli Prioritetlərə uyğunlaşdırılmış investisiya proqramları və texniki yardımı əhatə edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
50
oxu.az

10Sources