EN

"Ayaks"ın azarkeşləri Amsterdamda kütləvi iğtişaşlar törətdilər

Amsterdamda "Ayaks" futbol klubu azarkeşlərinin etiraz aksiyası iğtişaşlarla və polis bölməsinə hücumla nəticələnib.

hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, Niderland polisi ictimai asayişi pozduqları üçün səkkiz nəfəri saxlayıb.

Məlumata görə, erkən pensiya sistemini müdafiə edən aksiya sentyabrın 15-də başlayıb. Bu tətillər "Ayaks" futbol klubunun son iki oyununun - "Feyenoord" və "Utrext"lə matçların ləğvinə səbəb olub.

Yüzlərlə insanın iştirak etdiyi aksiya əvvəlcə dinc xarakter daşısa da, azarkeşlər daha sonra şəhərin əsas polis idarəsinə doğru yürüş edib, orada bir neçə polis maşınına ziyan vurub və məntəqənin özünə hücum ediblər. Onlar pirotexniki vasitələrdən də istifadə edib, tramvayların hərəkətini pozub və yoldan keçənlərə qarşı aqressiv davranıblar. Nümayişçiləri dağıtmaq üçün xüsusi təyinatlılar göndərilib.

Amsterdam bələdiyyəsi "Ayaks" azarkeşlərinin hərəkətini tənqid edib.

"Bu saxta azarkeşlərin şəhərimizdə belə davranması çox kədərlidir. Bu, nə futbola, nə də "Ayaks"a yaraşır", - meriyadan bildirilib.

Klubun özü də azarkeşlərin hərəkətlərini dəstəkləmədiyini bəyan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
2
hakimiyyet.az

10Sources