EN

Azərbaycanda fəaliyyət göstərən Pakistan şirkətlərinin sayı açıqlanıb

Avqustun 8-i tarixinə olan məlumata əsasən, Azərbaycanda 3 706 Pakistan şirkəti qeydiyyata alınıb.

Bunu Bakıda keçirilən Azərbaycan-Pakistan Biznes Forumunda iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

S.Bəşirlinin sözlərinə görə, bunlardan 3304-ü hazırda aktiv fəaliyyət göstərir:

“Pakistan şirkətləri Azərbaycan iqtisadiyyatında mühüm rol oynayır. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün pakistanlı həmkarlarımızla müxtəlif sektorlarda investisiya imkanlarını dəyərləndiririk. Kosmik sənaye və enerji layihələri kimi investisiya potensialı olan sahələrdə ortaq əməkdaşlıq üçün imkanlar var. Neft və qaz sektorunda, mədən sahəsində Pakistanın investisiya imkanları araşdırılır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
10
banker.az

10Sources