EN

Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycanı Qazaxıstanın Atırau şəhərində sərbəst və yunan-Roma güləşi üzrə “Oil Capital Cup” turnirində təmsil edəcək idmançılar müəyyənləşib.

Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə beynəlxalq yarışda ölkəmizi sərbəst güləşçilər təmsil edəcək.

Məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında ənənəvi turnirdə Musa Ağayev (65 kq), Kənan Heybətov (70 kq) və Əşrəf Aşırov (79 kq) mübarizə aparacaq.

Sentyabrın 19-da Musa xalçaya çıxacaq. Növbəti gün isə Kənanla Əşrəf güləşəcək.

Qeyd edək ki, sabah start götürəcək yarış sentyabrın 20-nə qədər davam edəcək.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
1
9
sportnet.az

10Sources