EN

Qəzzada müharibə nə zaman bitəcək? - 41 mindən çox öü

Qəzzada həyatını itirənlərin sayı 41 min 226 nəfərə yüksəlib.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail ordusunun son 24 saatda Qəzza zolağının müxtəlif bölgələrində “3 qırğın” həyata keçirdiyi və bu hücumlarda daha 20 fələstinlinin həyatını itirdiyi, 76 fələstinlinin isə yaralandığı bildirilib.

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 41 min 226-ya, yaralıların sayının isə 95 min 413-ə yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Qeyd edək ki, Qəzzada 346 gündür müharibə davam edir.

Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
2
bakupost.az

10Sources