EN

İbrahim Kalın HƏMAS lideri ilə Ankarada görüşdü

Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Ankarada Fələstinin Qəzza zolağında hakimiyyətdə olan HƏMAS qruplaşmasının siyasi qanadının liderləri ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, iclasın gündəmində Qəzzada davamlı atəşkəsin yaradılması və bölgəyə daha da çox humanitar yüklərin çatdırılması üçün atılacaq addımlar yer alıb.

Türkiyə mənbəsinin sözlərinə görə, MİT bu münaqişədə mühüm rola malikdir və bütün aktorlarla, xüsusən də HƏMAS, İsrail, Misir, Qətər və ABŞ-nin yüksək rütbəli liderləri ilə diplomatik iş aparır.

Gülayə Mecid 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
50
unikal.az

10Sources