EN

"Putin boş-boş danışır... Bu imperialist faşist bizi yoldan çıxara bilməz..."-Britaniya XİN rəhbəri

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Putinin Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə hücum etməsinə icazə verilməsinin NATO-nu Kremllə “müharibə vəziyyətinə salacağı” barədə təhdidlərini şərh edib. O qeyd edib ki, Putinin təhdidləri “boşdur”, . "Putin çox çərənləyir - bu onun davranış tərzidir, tanklar, raketlər və nüvə silahları ilə təhdid edir", -deyə o bildirib.
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki,  bu haqda "Amerikanın səsi" radiosun məlumat yayıb.
 
"Başqa ölkələri özbaşına işğal etmək istəyən imperialist faşist bizi yoldan çıxara bilməz. Əgər ona Ukraynaya qarşı bunu etməyə icazə versək, inanın ki, o, bununla da dayanmayacaq", - Lemmi əminliklə deyib.
 
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski aylardır Britaniyanın “Storm Shadow” və Amerikanın "ATACMS" raketləri ilə Rusiyanın dərinliklərindəki hədəfləri vurmaq üçün icazə istəyir.
 
Prezident Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer bu həftə Ağ Evdə görüşüb və Kiyevin Qərb tərəfindən təchiz edilmiş silahlardan istifadəsinə icazə verilməsini müzakirə ediblər.
 
Bütün bunların fonunda Putin bəyanat yayaraq, bu silahların istifadəsinə icazə verilməsinin “NATO ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacağı” barədə xəbərdarlıq edib.
 
S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
46
moderator.az

10Sources