EN

Macarıstanın baş naziri Hollivud əfsanəsi ilə görüşüb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Macarıstanın baş naziri Viktor Orban aktyor və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneggerlə məşq zamanı çəkilmiş fotonu yayımlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə siyasətçi öz "Facebook" səhifəsində məlumat yayıb.
Məlumata görə, siyasətçi ilə Hollivud ulduzu Budapeştdəki fitnes mərkəzlərinin birində görüşüblər. Orbanın sözlərinə görə, məşqçi "ona aman verməyib".
Orban həmçinin Şvartsenegger ilə öz ofisində görüşüb. Nazir hökumət binası yaxınlığında keçirilən görüşdən foto paylaşıb.
Qeyd edək ki, bir neçə il əvvəl Şvartsenegger eyni fitnes klubda olub. O zaman "Terminator: Qaranlıq talelər" filmi Budapeştdə çəkilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
50
oxu.az

10Sources