1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Avropanın aparıcı çempionatlarında növbəti turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, İtaliya A Seriyasında "Milan" öz azarkeşləri önündə bu il yüksək liqaya qoşulan "Venesiya"nı darmadağın edib - 4:0. Maraqlıdır ki, bütün qollar matçın ilk 30 dəqiqəsində vurulub. Hazırda "Milan" cəmi 5 xalla çempionatda 8-cidir.
İngiltərə Premyer Liqasında "Çelsi" "Bornmut"un qonağı olub. "Zadəganlar" son dəqiqələrdə vurduqları yeganə qolun sayəsində üç xalı qazanıblar - 0:1. Nkunku 86-cı dəqiqədəki dəqiq zərbəsilə komandasının qələbəsini təmin edib. Bu qələbədən sonra aktivində 7 xalı olan London klubu turnir cədvəlində də 7-ci pillədədir.
Bu tur "Brest"i sınağa çəkən PSJ üç xalı geridönüşlə qazanıb. Parislilər ilk qolu buraxan tərəf olsalar da, oyunun gedişində rəqibin qapısına üç dəfə yol tapmağı bacarıblar - 3:1. Dembele dublla fərqlənib. Paytaxt komandası çempionata başçılıq edir.
"Real Madrid" isə bu tur səfərdə "Real Sosyedad"ın qonağı olub. Kral klubu Mbappe və Vinisiusun qolları ilə qalib gəlib - 0:2. Paytaxt komandası hər iki qolu penaltidən vurub. Hazırda Madird "Real"ı "Barselona"dan bir oyun artıq keçirsə də ondan bir xal geri qalaraq La Liqada ikinci yeri tutur.