EN

Mərkəzi Seçki Komissiyasının iclası keçirilir

Bakı. Trend:

Sentyabrın 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi SeçkiKomissiyasının (MSK) növbəti iclası keçirilir.

Trend xəbər verir ki, iclasdaMilli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi SeçkiKomissiyasının sentyabrın 12-də keçirilən iclasının protokolununtəsdiq edilməsi və MSK-ya daxil olmuş müraciətlərə baxılmasınəzərdə tutulur.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənarparlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxusiyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalqmüşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərsiyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindənnamizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasipartiya mənsubiyyəti var.

Xəbər yenilənəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
24
3
az.trend.az

10Sources