EN

ÜST meymunçiçəyi ilə bağlı bu peyvəndi təsdiq edib

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi ilə mübarizə üçün "Bavariya Nordicinin mpox” peyvəndini təsdiq edib. Bu barədə "Politico" nəşri yazıb.

Vaksin 2 dozalıdır və 18 yaşdan yuxarı hər kəs vurdura bilər.

ÜST həmçinin peyvəndin ehtiyac yarandığı halda körpələr, uşaqlar, hamilə qadınlar və immuniteti zəif olan insanlara vurulmasını təsdiq edib.

Sentyabrın 9-da Azərbaycan hökuməti Prezident Administrasiyasının tapşırığına əsasən ölkə ərazisində meymunçiçəyi virusunun qarşısının alınması istiqamətində profilaktik tədbirlərin icra olunmasını müzakirə edib.

Hazırda bir çox ölkələrdə "Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, ölkə ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb. Rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.


2024-cü ilin səkkiz ayında Afrika ölkələrində meymunçiçəyi virusuna 22,8 min nəfər yoluxub.
 
Bildlrilib ki, bu dövr ərzində 622 nəfər ölüb. Yoluxma hallarının son 1 həftə ərzində 2 dəfə artdığı deyilir. 
 
Bundan əvvəl ÜST açıqlama verərək bildirib ki, meymunçiçəyi ilə mübarizə planı (mpox) altı ay ərzində 135 milyon dollar maliyyələşdirmə tələb edir.
 
Azərbaycan ərazisində bugünədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb. 
 
Meymunçiçəyi çox nadir hallarda rast gəlinən zoonoz virus xəstəliyidir və  insana əsasən heyvandan keçir.


Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişir və 2-4 həftə davam edir.
 
Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

Məlumat görə,  infeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür. Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.
 


www.anews.az
Chosen
32
3
anews.az

10Sources