EN

Abramyan: Azərbaycan nəinki Ermənistanın strateji ərazilərini nəzarətə götürdü, həm də...

Ermənistanın iki il əvvəl sentyabr ayında Kəlbəcər istiqamətində   törətdiyi təxribat nəticəsində  Azərbaycan   bir sıra taktiki və strateji əraziləri öz nəzarətinə keçirməklə nəinki  hərbi, həm də danışıqlar prosesində mövqeyini gücləndirmək baxımdan ciddi üstünlük əldə etmiş oldu.

Ölkə.Az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, iki il əvvəl sentyabr ayında baş verən  əməliyyatlar zamanı Azərbaycan ordusu  Ermənistanın bir sıra taktiki və strateji hissələri Azərbaycanın nəzarətinə keçib.
“Bunun sayəsində Azərbaycan nəinki hərbi baxımdan böyük üstünlük əldə etdi, həm də danışıqlar prosesində özü üçün tamamilə fərqli, sərfəli mövqedən çıxış etmək imkanı əldə etdi.
Azərbaycan bununla da  nəinki ən strateji istiqamətlərdə effektiv müdafiə strukturlarını yerləşdirmək, Ermənistanın mühüm infrastrukturlarına nəzarəti ələ keçirib.
Bu hücum nəticəsində Ermənistan tərəfindən 200-dən çox insan həlak olub”.

 Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
59
2
olke.az

3Sources