EN

İran xarici işlər nazirinin müavini İrəvana gedəcək

İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi Ermənistana gələcək.

Modern.az xəbər verir ki, Məcid Taxt-Rəvançi bu barədə X sosial şəbəkəsində erməni həmkarı Vaan Kostanyanla söhbətindən sonra məlumat yayıb.

“Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan mənə indicə zəng etdi. Mən bütün qonşularımızla münasibətləri gücləndirmək istəyimizi bir daha təsdiqlədim. Beynəlxalq sərhədlərin toxunulmazlığı ilə bağlı prinsipial mövqeyimizi bildirdim. Mən onun İrəvana səfər dəvətini məmnuniyyətlə qəbul etdim”, – deyə Taxt-Rəvançi yazıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
5
modern.az

10Sources