EN

İcra Hakimiyyətində qəbul: Əzizov 42 nəfəri dinlədi

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov aparatın müavinləri, şöbə müdirləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayon sakinlərini qəbul edərək onların müraciətlərini dinləyib. 

RİH-in inzibati binasında baş tutan qəbulda ümumilikdə 42 nəfər vətəndaş qəbul edilib. Əziz Əzizov vətəndaşların müraciət və təkliflərini dinləyib, onların müraciətlərinin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib. 

Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. vakansiyalar

Vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
1
yenisabah.az

2Sources