EN

Bu yağışlar insan üçün qorxuludur? - Astroloq açıqladı

“Son zamanlarda mediada meteor yağışlarının olacağına dair xəbərlər yayılır. Bunu oxuyan bəzi insanlar isə təlaş və qorxu ilə mənə müraciət edirlər”.

Bu sözləri tanınmış astroloq Səbuhi Rəhimli “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, meteor yağışları ildə bir dəfə olur:

“2024-cü ildə ən azı 4 dəfə ay tutulmasının baş verməsi kimi təbiidir. Meteor yağışı adətən avqust-sentyabr aylarında olur.

Məsələn, “Super Ay” da hər ilin avqust ayında görünür. Yəni bunun baş verməsi də olduqca normaldır. Qalaktikamız daima hərəkətdə olduğu üçün bəzən ulduzların partlayış yerlərinə gedir.

Həmin qırıntılar isə atmosferi keçəndə daha da xırdalanaraq meteor yağışı kimi dünyaya düşür. Bəzən müəyyən sahələrə düşərək yanğın törədə bilir. Bəzən isə heç Yerə çatmadan alovu sönür”.

Həmsöhbətimiz meteor yağışının insanlara heç bir təsirinin olmadığını da söyləyib:

“Meteor yağışları bir qədər doluya da bənzəyir. Ona “ulduz dolusu” deyə bilərik. Ümumiyyətlə, meteor yağışının insanlara heç bir təsiri yoxdur. Normal yağışdan fərqlənmədiyini deyə bilərik. 

Sadəcə olaraq, bəzi xəbər saytları belə astronomik hadisələri təlaş kimi insanlara çatdırırlar. Görünür, xəbərin sensansiyalı olması üçün belə təqdim edirlər. Yəni bunu çox şişirdirlər. Əgər insanlar elmi və astronomik məlumatları öyrənsələr, belə təbii hadisələrdən qorxmazlar”.

Səbuhi Rəhimli qeyd edib ki, meteor yağışları çox kiçik olsa da, görmək mümkündür:

“Yəni bunu adi gözlə görmək mümkündür. Axşam saat 18:00-dan sonra səhər saatlarına qədər Bakıdan Şərq üfüqünə doğru baxsaq, meteor yağışlarını görə bilərik.

Əgər hava dumanlı olmasa, qızarmış zərrəciklər kimi görünmə ehtimalı olur. Bəzən də yerə çatana qədər söndüyü üçün heç görünmür”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
cebheinfo.az

2Sources