EN

F2 komandalarından biri yarışı dayandırdı

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşü zamanı bolidlərin birində problem aşkar edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Campos Racing" komandasının pilotu Xosep Maria Martinin avtomobilində tüstülənmə baş verib və nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının sərbəst yürüşləri start götürüb.

Xatırladaq ki, bu gündən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 start götürüb.

13-15 sentyabr tarixlərində keçiriləcək yarışın 1-ci günündə Formula 1 və Formula 2 komandalarının sərbəst yürüşləri və sıralama turu keçiriləcək.

Yarışın 2-ci günü, yəni sentyabrın 14-də Formula 1 komandalarının 3-cü sərbəst yürüşü, sıralama yürüşü və Formula 2 komandalarının qısa sprint yarışları baş tutacaq.

Əsas yarışlar isə sentyabrın 15-də keçiriləcək və Formula 1 və Formula 2 üzrə qaliblər müəyyən ediləcək.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə Formula 1 Azərbaycan Qran Prisi baş tutub.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
20
milli.az

4Sources