EN

BTQ-nin onlayn formatda iclası keçirilib - FOTOLAR

Beynəlxalq Qarabağ Təşkilatının (BTQ) İdarə heyəti onlayn formatda növbəti toplantısını keçirib.

"Cebheinfo.az" xəbər verir ki, Şamil Mehdinin moderatorluğu ilə baş tutan toplantıda ötən müddət ərzində görülən işlər haqqında məlumat verilib. 

Perspektiv tədbirlər planı haqda müzakirələr aparılıb. Gündəlik məsələlər üzrə Türkiyədən Ziya Zakir Acar, Azərbaycandan BQT koordinatoru Akif Nağı, Şamil Mehdi, Novruz Novruzov, İsveçdən Ülviyyə Nəcəfova çıxışlar edib, fikirlərini bölüşüblər. Türk xalqlarının ortaq əlifbasının yaradılması ilə bağlı Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin dilşünaslarının gördükləri işlər barədə məlumat verilib və bu iş təqdir olunub.

Ziya Zakir Acar keçirilən tədbirlərin səmərəliliyini və təşkilatın işində geniş dairələrin iştirakını təmin etmək üçün elm və mədəniyyət, incəsənt xadimlərinin birgə iştirakı ilə tədbirlərin keçirilməsinə dair təklif irəli sürüb.

Toplantı iştirakçıları bu təklifləri təqdir edib və iş planına salınmasını dəstəkləyib.

Qərara alınıb ki, ilk olaraq böyük sənətkar Aşıq Ələsgər, həmçinin türk xalqlarının qəhrəmanları mövzusunda beynəlxalq tədbirlər hazırlansın və həyata keçirilsin.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
cebheinfo.az

1Sources