Rusiyanın Krasnoyarsk diyarında Daxili İşlər Nazirliyinin İnstitutunun maddi-texniki təminat şöbəsinin rəisi rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
Â
İstintaqın məlumatına görə, avqust ayında saxlanılan şəxs sahibkardan 512 min rubl (təxminən 9779 manat) rüşvət alıb. Rüşvət instituta isti yeməklərin tədarükü ilə bağlı tender müsabiqəsində qalib gəlmək üçün verilib.
Â
Sentyabrın 11-də iş adamı olan qadın rüşvətin qalan 359 min rublunu (təxminən 6856 manat) təhvil verdikdən sonra maddi-texniki təminat şöbəsinin rəisi ilə birgə saxlanılıb. Onların yaşayış və iş yerlərində axtarış aparılıb. İnstitutun maddi-texniki təminat rəisindən 2 milyon rubl (təxminən 38 min 200 manat) nağd pul götürülüb.(lentaz)