EN

Ukraynanın nə qədər uzaqmənzilli “Storm Shadow” raketləri var?

Ukrayna Silahlı Qüvvələri (AFU) Krımı vurmaq üçün çoxlu sayda uzaqmənzilli “Storm Shadow” raketlərindən istifadə edib.

Editor.az bildirir ki, bu barədə “The Telegraph” hərbi mənbələrə istinadən yazır. Onların fikrincə, bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin hazırda xidmətdə “nisbətən az sayda” “Storm Shadow” raketləri qalıb. Onların təxmini sayı verilmir. Ukraynada oxşar mənzilli Amerika ATACMS raketlərinin də “ehtiyatı var”, lakin ABŞ rəsmiləri hələ ki, onların “Ukrayna ərazisindən” kənarda istifadəsinə icazə vermir.

Qeyd edək ki, “Storm Shadow” 250-dən 560 km-ə qədər məhvetmə diapazonuna malik Britaniya qanadlı raketləridir (modifikasiyadan asılı olaraq). Onlar 2023-cü ilin may ayından Ukraynaya verilir.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
editor.az

1Sources